04.07.2025, 00:00
AZ EN
25.09.2023, 18:30 296

Qərbi Azərbaycan, Voxçaberd kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının İrəvan qəzasında, Ellər (Abovyan) rayonunun Voxçaberd (Oxçu berd, Oxçubert) kəndi rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. Toponimin əvvəlinə "v" samiti sonradan artırılmışdır. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan qəzasının İrəvan nahiyəsində Oxçaberd kəndi olduğu göstərilir. Oxçubert, kəndin ilkin və qədim adıdır. Tədqiqatçılar qeyd edirlər ki, toponim "Kitabi-Dədə Qorqud"da adı çəkilən Ənsə Qoca oğlu Oxçu adı əsasında yaranmışdır. Oxçu türk etnoniminə türk dilində "çətin keçilən yer, əl çatmaz yer" mənasında işlənən bert sözünün qoşulması ilə əmələ gəlmişdir. "Oxçu tayfasına məxsus yaşayış yeri" mənasını bildirir. Kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1918-ci ilin yanvarında 493 nəfər azərbaycanlı yaşamışdır. Həmin ildə azərbaycanlılar deportasiya edilmiş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda bilmişlər. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949-cu illərdə zorla qovularaq Azərbaycana köçürülmüşdür.

Isa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR