08.09.2024, 07:38
AZ EN
17.12.2023, 17:08 307

Qəmərli rayonu, Bitlicə kəndi

QƏRBİ AZƏRBAYCAN
  • İrəvan quberniyasının İrəvan qəzasında olan Qəmərli (Artaşat) rayonunun Bitlicə kəndi rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim türk mənşəli bitli etnoniminə cə şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kənddə 1897-ci ildə 246 nəfər, 1914 - cü ildə 198 nəfər, 1916-cı ildə 195 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 85 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53-cü illərdə tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər