22.11.2024, 02:39
AZ EN
26.11.2023, 17:16 176

Dərələyəz mahalı, Keşişkənd rayonu, Ağyar kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Şərur-Dərələyəz mahalı, Keşişkənd rayonunun Ağyar kəndi rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir.

Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü əsasında formalaşmışdır. Nəsil adı bildirir.

Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı ermənilər tərəfində dəyışdirilib Aqarakadzor qoyulmuşdur.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29-cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdür.

Burada ermənilərlə yanaşı, 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır.

İndi yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR