13.09.2024, 03:16
AZ EN
10.06.2023, 16:43 186

Qərbi Azərbaycan, Şorəli kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan xanlığının Göyçə mahalında olan Şorəli kəndi Qərbi Azərbaycanın qədim kəndlərindən biridir. Azərbaycan xalqının etnik tarixi ilə bağlı qədim toponimlərdən olan Şorəli kəndinin adı XIX əsrin ortalarından sonra mənbələrdə çəkilmir. Erkən orta əsrlərdə Albaniyada və Qərbi Azərbaycan ərazisində yaşamış türk mənşəli Şor (Çor) tayfasının adını əks etdirir. Azərbaycanda Çorman (Kəlbəcər), Çor-Yurt (Yardımlı), Corlu (Qəbələ), Corlu (Gürcüstan) adları ilə eynidir. İlk dəfə Vll əsr erməni mənbələrində Şorapor (Şor dərəsi, Şor vadisi) toponimində əksini tapmış bu elin adı ilə bağlı bir sıra toponimlər vardır.

İsa Musayev

Oxşar xəbərlər