07.07.2025, 07:07
AZ EN
19.06.2023, 17:44 295

Qərbi Azərbaycan, Ayrum kəndi

QƏRBİ AZƏRBAYCAN

Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indiki Barana (Noyemberyan) rayonunun Ayrum kəndi rayon mərkəzindən 10 km şimal-qərbdə, Tona çayının yanında yerləşir. Toponim ayrım türk etnonimi əsasında əmələ gəlmişdir. 1960-cı ildə kəndin adı qeyri-rəsmi dəyişdirilib Ptxavan qoyulmuşdur. A. Bakıxanov yazır ki, Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdir. İ.Şopenə görə Türkiyədə İkonum sultanlığı ləğv edildikdən sonra türklərin bir hissəsi Ərməniyəyə keçərək Ayrumlu, Seyid Axsalı, Taşanlı və Saatlı adları ilə yaşamışlar. Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Arsar Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşdür. 1988-ci ilin noyabrında azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər