22.11.2024, 02:10
AZ EN
31.08.2023, 18:08 229

Qərbi Azərbaycan, Öksüz kəndi

QƏRBİ AZƏRBAYCAN

Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda olan Öksüz kəndi rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dillərində "çay" mənasını bildirən öküz sözü əsasında yaranmışdır. Bu söz həm də oquz, okus, oqus formalarında qeyd edilir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir. 1914-cü ildə kənddə 176 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar qovulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan bəzi adamlar doğma yurdlarına qayıtmışdır. 1987-ci ildə kənddə 291 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Darik qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR