06.07.2025, 02:50
AZ EN
19.07.2023, 17:56 319

Babakişi kənd

QƏRBİ AZƏRBAYCAN
  • Babakişi kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda yerləşir. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinlər-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Lakin bəzi erməni mənbələrində tarixi faktlar təhrif edilir. Belə ki, 1831, 1873-cü illərdə burada azərbaycanlılar yaşadığı halda, həmin illərdə yaşayanlar ermənilər kimi göstərilir. Ermənilər Babakişi kəndinə 1918-ci ildən sonra gəlmişdir. Lakin ermənilərin buraya səhv olaraq 1829-cu ildə gəldiyi göstərilir. 1922-ci ildə qovulmuş əhalinin az hissəsi geri qayıdaraq ermənilərə qarışıq yaşamışdır. Lakin 1931-ci ilədək azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır.

1948-ci ildə kənd ermənicə Bujakan adlandırılmışdır. İndi ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər