18.10.2024, 16:22
AZ EN
29.03.2023, 08:36 248

Qərbi Azərbaycan, Gorus rayonu

QƏRBİ AZƏRBAYCAN

Zəngəzur mahalı ərazisində olan Gorus Azərbaycanın Rusiya tərəfindən işğalından  sonra yaradılan Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi olmuşdur. Bu qəzanın dörd rayonu Ermənistana verilmişdir. Gorus rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Qafqazın ən qədim yaşayış məskənlərindən biri olan Gorusdan Qədim İpək yolu,  Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə gedən karvan yolları keçirdi. Qarabağ xanı Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi vermiş və bu bölgənin idarəçiliyini ona tapşırmışdır. Moisey Kalankatlı "Alban tarixi" əsərində bu yaşayış məskəninin adını Qoroz qalası kimi yazmışdır. Gorus toponimi Gürcüstanda Xorosdaq, Qoroz-Xaraba, Stavropol vilayətində Geros, Şimai Qafqazda Qroznı toponimləri ilə mənşəcə eyni olub, türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır. Görkəmli coğrafişünas alim Məhəmmədhəsən Baharlı bu tayfanın Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir. Gorus rayonu vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır.  Gorus çayının orta axarı boyunca yerləşən seyrək meşəliklər qaratikan, zoğal, böyürtkən kolları və cəviz ağacları ilə örtülmüşdür. Çox təəssüflər olsun ki, rayonunun azərbaycanlı əhalisi bu gözəl yurd yerlərindən didərgin düşmüşlər.

İsa MUSAYEV

Oxşar xəbərlər