21.11.2024, 23:46
AZ EN
11.12.2023, 16:49 274

Qərbi Azərbaycan, Tayçarıq kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Tayçarıq, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənddir.

Rayon mərkəzindən 18 km məsafədə, Misxana çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim türk dilində "təpə" mənasında işlənən tay (tey) sözü ilə oğuzların çarık etnonimi əsasında əmələ gəlmişdir. Türkmənlərin tayfalarından birinin də adı "çank" adlanır.

Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan tərəfindən kəndin adı dəyişdirilib Meğnadzor (Ballıdərə) qoyulmuşdur.

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Zaman-zaman azərbaycanlılar qovulmuş, kənddə 1828-1829-cu illərdə Türkiyədən köçürülən ermənilər məskunlaşdırılmışdır.

1926-cı ildə burada ermənilərdən başqa, iki nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə onlar da qovulmuşdur.

Hazırda yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər