18.10.2024, 20:28
AZ EN
30.03.2023, 16:43 182

Qərbi Azərbaycanın Kəvər rayonu

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın Göyçə mahalı ərazisində olan Kəvər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılmışdır. Rayon mərkəzi Kəvər (Kamo) şəhəridir. 1948-1951-ci illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür.

Rayonun Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd və Noradüz kəndlərinin adları müxtəlif vaxtlarda Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin fərmanları ilə dəyişdirilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər