22.11.2024, 02:19
AZ EN
01.03.2023, 19:07 217

Gərnibasar mahalı, Axtaran kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Gərnibasar mahalının Axtaran kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Gərni nahiyəsinin Axtaran kəndi kimi qeydə alınmışdır. Onu da qeyd edək ki, həmin mənbədə İqdır nahiyəsində də eyniadlı kənd qeydə alınmışdır. Sonrakı mənbələrdə kəndin adına rast gəlinmir. Tədqiqatçı alim Əziz Ələkbərli yazır ki, toponim Axta və xan//kan kimi iki komponentdən ibarətdir. Bu toponim qədimdən türklərin yaşadığı ərazilərdə geniş yayılmışdır. Gürcüstandakı Axtala kurort, Ukraynadakı Axtırka şəhər, Həştərxan vilayətindəki Axtubinsk şəhər, Volqa çayının sol qolu olan Axtuba çay adları eyni kökdəndir. Qərbi Azərbaycan ərazisində Axta adı ilə kəndlər mövcud olmuşdur. Qafan rayonu ərazisində Axtalı, İqdır nahiyəsində və Talin mahalında isə Axtaxana adlı kəndlər qeydə alınmışdır. 1930-cu ildə Dərəçiçək mahalı ərazisində yaradılan rayonunun da adı Axta olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Şah I Təhmasibin 1598-ci ilə aid fərmanında Qərbi Azərbaycanın ərazisində Axtabad şəhərinin adı çəkilmişdir. XIX yüzildə Azərbaycanda yaşamış Padar tayfasının bir qolu da Axtaçı adlanmışdır. Bu gün həmin tirənin adı ilə Azərbaycanın Ağsu, Sabirabad və Kürdəmir rayonlarında Axtaçı kəndləri mövcuddur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR