27.10.2025, 15:37
AZ EN
27.10.2025, 12:27 261

Ağır itki

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivinə ağır itki üz verib. Komitə Aparatının “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” şöbəsinin sektor müdiri Salahova Sevinc Arıf qızı bu il oktyabrın 27-də uzun sürməyən ağır xəstəlik nəticəsində 44 yaşında vəfat edib.

Sevinc Salahova 14 iyul 1981-ci ildə anadan olmuşdu. Bakıda ali təhsil almış, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirmişdi. 2005-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı idi. Komitənin bir sıra struktur bölmələrində məsləhətçi, aparıcı məsləhətçi işləmişdi. 2019-cu ilin iyul ayından Komitə Aparatının “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”nin “Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət” sektorunun müdiri idi.

Sevinc xanım dövlət qulluğunun kiçik müşaviri rütbəsi almış, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.

Komitədə işlədiyi 20 il ərzində öz vəzifələrinin icrasına daim məsuliyyətlə yanaşan, əmək funksiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirən, həmkarları arasında böyük hörmət və ehtiram qazanan Sevinc xanım cəmiyyətimizin həssas təbəqəsi olan məcburi köçkünlərin müraciətlərinə daim qayğıkeş münasibət göstərir, onlarla səmimi, mehriban münasibət qurmağı bacarırdı.

Həyatsevər, xoşxasiyyət bir xanımın, öz işini mükəmməl bilən bir dövlət qulluqçusunun dünyamızı belə erkən tərk etməsi onun bütün həmkarlarında hədsiz kədər hissi doğurur.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları Sevinc Salahovanın vaxtsız vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər