Fləşmobda doğma yurda qayıdan keçmiş məcburi köçkün həmvətənlərimiz olan azyaşlılar iştirak ediblər. Fləşmob haqqında hazırlanmış videoçarxda Xocalı şəhərindən kadrlar verilib və Xocalının ən gənc sakinlərinin dilindən Azərbaycan şairi Abdulla Şaiqin “Vətən” şeiri səsləndirilib. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək Xocalı şəhərinə 46 ailə, yəni 179 nəfər doğma yurda köçürülüb. Fləşmob haqqında videoçarxı təqdim edirik.