Oğruca kəndi İrəvan xanlığının Göyçə mahalında, Basarkeçər (Vardenis) rayonunun ərazisində yerləşmişdir. İ.Şopenin əsərində Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında kəndin adı Ağrıca formasında yazılmışdır. Toponim oğuzlardan olan oğur türklərinin adından əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: "Oğuz və oğur sozləri eyni mənalıdır". Oğuzların qardaşı olan oğurlar onlardan miladdan öncəki zamanlarda ayrılmışdır. Kənd xaraba qalmışdır.
İsa Musayev