22.06.2025, 01:00
AZ EN
09.02.2023, 15:48 387

Ağbaba mahalı, Güllübulaq kəndi

QƏRBİ AZƏRBAYCAN

Qədim Azərbaycan (türk) torpağı olan Güllübulaq kəndi rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin adı qeyd edilmişdir. 19 əsrin sonlarına qədər Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər kənddə ancaq Azərbaycanlılar yaşamışlar. Güllübulaq İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qizilqoç (Qukasyan) rayonuna verilmişdir. Toponim "Güllü-çicekli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Bu kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi.

Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı və s. kimi xalq qəhrəmanlarınn adı ilə bağlı toponimlər də var idi. Kənddə mədəniyyət evi, məktəb, mağazalar, kitabxana, texniki peşə məktəbi, xalçaçılıq sexi, yeməkxana və s. kimi obyektlər fəaliyyət göstərirdi. Amasiya kəndləri arasında ilk və ən böyük məktəb burada tikilmişdir. Kəndin müxtəlif yüksək vəzifələrdə işləyən görkəmli adamları da çoxluq təşkil edirdi. Professor Mirzə Allahverdiyev, professor Qəmbər Namazov, professor Abel Məhərrəmov, tibb elmləri namizədi Əbülfət Əliyev və başqaları da bu kəndin yetirmələridir. Güllübulaq kəndinin əhalisi 1988 ci ildə deportasiya edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər