Qoytul kəndi Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində yerləşir. Rayon mərkəzi ilə ara məsafəsi 13 km-dir. Kəndin digər adı Qoyturdur. 1727-ci ilə aid mənbədə Qutyol kimi qeyd edilmişdir. Həmin mənbədə kənddə 6 müsəlman ( azərbaycanlı) ailəsinin yaşadığı da qeyd olunmuşdur. Toponim türk dillərində qiytul (düşərgə) sözündəndir. Bəzi tədqiqatçılar isə toponimin Azərbaycan dilində "çuxur, çökək, dərin yer" mənasında işlənən quytul sözündən əmələ gəldiyini qeyd edirlər. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Qoytul kəndinin ərazisində III-V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr mövcud olmuşdur.
İsa Musayev