19.10.2024, 14:25
AZ EN
02.08.2023, 17:26 289

Qərbi Azərbaycan, Əzizbəyov rayonunun Terp kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Kənd Tərp çayının yaxınlığında yerləşir. Terp kəndi «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir».

Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir.

Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 67 nəfər, 1926-cı ildə 86 nəfər, 1931-ci ildə 191 nəfər yalnız azərbaycanlı yaşamışdır.

SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri - azərbaycanlılar 1947-ci ildə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

Qeyd edək ki, Terp kəndinin əhalisinin böyük əksəriyyətinin köçürüldüyü ərazi Salyan rayonunun Qarabağlı kəndidir. Hal-hazırda Qarabağlı kəndində onların sayı 1300-1500 nəfər arasında olduğu təxmin edilir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər