Kəndin əhalisi 1918-ci ilə qədər yalnız azərbaycanlılardan ibarət olmuşdur. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən kənddən qovulmuşdur. Sovet hökuməti qurulduqdan sonra, 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kənddə ermənilərlə qarışıq yaşamışlar. Ağkəndə ilk erməni ailələri (ilkin olaraq 172 nəfər) 1922–1925-ci illərdə məskunlaşmağa başlamışlar. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1966-cı ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. Bəzi mənbələrə görə kəndin keçmiş adı Əxikənd olmuşdur.
Hal-hazırda kəndin bütün əhalisi buraya sonradan gəlmiş ermənilərdən ibarətdir.
Tahirə AĞAMİRZƏ