06.12.2023, 05:39
AZ EN
20.11.2023, 17:54 135

Basarkeçər rayonu, Qızılvəng kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qızılvəng, Göyçə mahalının Basarkeçər rayonunun kəndidir.

Kənd rayon mərkəzindən 17 km məsafədə Alagöz çayının yanında yerləşir. 27 aprel 1946-cı ildə isə Çiçəkli adlandırılmışdır. 1978-ci ildə kənd ermənicə Makenis adlandırılmışdır.

"İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim qırmızı mənasında işlənən qızıl və kilsə sözünün sinonimi olan vəng sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kənddə albanlara məxsus qırmızı rəngdə kilsə olduğu üçün Qızılvəng (Qızılkilsə) adlandırılmışdır. Sovet dövründə adı dəyişdirilərək Çiçəkli, daha sonra yenidən dəyişdirilərək Makenis qoyulmuşdur.

Kənddə 1873-cü ildə 429 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 563 nəfər, 1908-ci ildə 733 nəfər, 1914-cü ildə 812 nəfər, 1916-cı ildə 807 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Kənddə İran və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə ermənilərlə yanaşı 168 nəfər, 1926-cı ildə 241 nəfər, 1931-ci ildə 282 nəfər azərbaycanlı yaşamışdır.1948-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənddə ermənilər yerləşdirilmişdir. Hazırda yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər