İrəvan quberniyasının Eçmiədzin qəzasında olan Uşi kəndi rayon mərkəzindən 4 km şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Türk dilində uş/uç sözü (son, başlanğıc, yuxarı, zirvə, qıraq, kənar) mənalarında işlənir. Bununla bərabər qaraqalpaq dilində "dağın zirvəsi" mənasını uşa sözü ifadə edir. Azərbaycanlıların həyatı ilə bağlı IX-X əsrlərə aid tarixi abidələr hələ də durur. 1948-1949-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüşdür.
İsa Musayev