21.11.2024, 21:43
AZ EN
24.10.2023, 18:05 346

Zəngibasar rayonu, Kiçik Şöllü Dəmirçi

QƏRBİ AZƏRBAYCAN
  • Kiçik Şöllü Dəmirçi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda yerləşən kənddir.

Kəndin digər adı rəsmi sənədlərdə Şorlu Dəmirçi kimi qeyd edilir. Rayon mərkəzindən 5 km şimal-qərbdə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəmirçiliye-Şollu formasında, Qafqazın 5 verstlik xəritəsində Kiçik Şorlu Dəmirçi kimi qeyd edilmişdir.

Zəngibasar rayonu təşkil edilənədək, 1969-cu ilədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Kənddə 1831-ci ildə 338 nəfər, 1873-cü ildə 1400 nəfər, 1886-cı ildə 1318 nəfər, 1897-ci ildə 1360 nəfər, 1904-cü ildə 1432 nəfər, 1914-cü ildə 2216 nəfər, 1916-cı ildə 2263 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər azərbaycanlı yaşamışdır.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə adı dəyişdirilərək Dəmirçi, Ermənistanın prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Darbnik qoyulmuşdur.

1988-ci ilin oktyabr-noyabr aylarında kəndin əhalisi Ermənistan dövləti tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdıır. Hazırda kənddə yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər