İrəvan quberniyasının Əştərək rayonunda olan Sağmosavan kəndi rayon mərkəzindən 12 km şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Savmosavəng kimi qeyd edilmişdir. Toponim türk dilində "cığır", "bataqlıqdan keçən çay keçidi" mənalarında işlənən sakma//sokma və türk dilində "qala" mənasında işlənən vəng sözlərindən əmələ gəlmişdir. Toponim "cığır kənarında yerləşən qala yanında kənd, yaşayış yeri" mənasını bildirir. Ermənilər 1850-ci illərdə buraya köçürülmüşlər. 1948-1953-cü illərdə azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür.
İsa Musayev