Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.
Erməni mənbələrində Demirçilar kimi qeyd edilir.
Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonim əsasında əmələ gəlmişdir.
XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Çingiz xanın nəsli ilə bağlayır. "Azərbaycanın coğrafi adlar" kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir.
1988-ci ildə azərbaycanlılar doğma torpaqlarından deportasiya olunmuşdur. Ermənistan prezidentinin fərmanı ilə 1991-ci il aprelin 19-da adı dəyişdirilib Qoçavan qoyulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ