Rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 1829-cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur.
1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi sıxışdırılıb çıxarılmışdır. Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş, kəndə tam ermənilər yerləşdirilmişdir. 1926-cı ildə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə kənddə olan 3 nəfər azərbaycanlı da qovulmuşdur. İndi yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ