Adamxan kəndi İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda yerləşir. Rayon mərkəzindən 14 km məsafədə olan kəndin digər adı Atamxan olmuşdur. Bu barədə Qafqazın 5 verstlik xəritəsində qeyd vardır. Toponim şəxs adı əsasında formalaşmışdır. 1828-ci ilə qədər burada ancaq azərbaycanlılar yaşamışlar. Həmin tarixdən sonra Türkiyədən köçürülən ermənilərin burada yerləşdirilməsi ilə bağlı azərbaycanlılar deportasiya olunmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor qoyulmuşdur.
İsa Musayev