19.10.2024, 10:51
AZ EN
21.06.2023, 16:47 333

Qərbi Azərbaycan, Şalıbulaq kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında, Sərdarabad rayonunun Şalıbulaq kəndi rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Erməni mənbələrində Şavarud kimi yazılır. Tədqiqatçıların fikrincə toponim fars dilində "qaya, möhkəm, bərk" mənasında işlənən şah sözündən və Azərbaycan dilində "möhkəmləndirilmiş kənd, qala" mənasında işlənən var sözünə - ud şəkilçisi artırılmaqla əmələ gəlmişdir. Kənddə 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalmışdır. Qərbi Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. 1948-1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri olan azərbaycanlılar zorla tarixi - etnik torpaqlarından deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il fərmanı ilə adı dəyişdirilərək Uşakert qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər