16.09.2024, 23:27
AZ EN
29.09.2023, 17:54 269

Qərbi Azərbaycan, Çubuxlu kəndi

QƏRBİ AZƏRBAYCAN

Tiflis quberniyasının Borçalı qəzasında, Cəlaloğlu (Stepanavan) rayonunun Çubuxlu kəndi rayon mərkəzindən 7 km qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çubuqlu türk etnonimi əsasında yaranmışdır. Anadoluda Çubuk və oğulları yaşamışdır.  F. Şumer "Çubukun qəti olaraq turkmən olduqlarını" qeyd edir. Deməli, İndi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır. Tayfa Ermənistan adlanan ərazinin bir çox toponimlərində öz izini qoruyub saxlamışdır. Kəndə ruslar köçürüləndən sonra, 1840-cı ildə adı dəyişdirilərək Pakrovka qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 may 1939-cu ildə kəndin adı yenidən dəyişdirilərək V. V.Kuybışevin şərəfinə Kuybışev qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər