22.11.2024, 01:22
AZ EN
13.03.2023, 08:41 248

Ağbaba mahalı, Oxçuoğlu kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Arpaçayın sağ sahilində, Şirak mərzinin mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşən Oxçuoğlu kəndi Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onları müstəqil xalq kimi qeyd edirlər. Əslində qarapapaqlar müstəqil xalq deyil, azərbaycanlıların etnoqrafik qrupu, türk tayfalarından biridir. Kənddə 1987-ci ildə 1670 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. Toponim "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşmışdır. Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Voxçi qoyulmuşdur. Oxçuoğlu kəndinin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Məmmədtağı Cəfərov, Əməkdar müəllim, dosent Nəcəf Nəcəfov, tibb elmləri üzrə fəlsəfə doktoru Elxan Cəfərov kimi görkəmli şəxsiyyətləri də var.

İsa Musayev

Oxşar xəbərlər