16.04.2024, 21:05
AZ EN
10.11.2022, 15:06 516

Qafan rayonu, Şəhərcik kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qafan rayonu qədim türklərin vətəni olmuşdur.

Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına tabe olan Qafan rayonunun kəndləri də qədim və maddi mənəvi abidələrlə zəngindir. Belə kəndlərdən biri də Şəhərcik kəndidir. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşən kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiyaya uğramışdır. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra onlar öz yurd yerlərinə qayıtmışdılar. Kəndin adı Cavanşir türk tayfasına mənsub olan Şəhərcik etnonimi əsasında əmələ gələn etnotoponimdir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşamışlar. Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edirdi.

Gözəl mənzərəsi, əsrarəngiz gözəlliyi, dağlar qoynunda və Oxçu çayının sahilində yerləşməsi Şəhərcik kəndinə xüsusilə yaraşıq verir. Kənddə orta məktəb, klub, kolxoz binası, kitabxana və s. fəaliyyət göstərirdi. Şəhərcik kəndinin məşhur yetirmələrindən tarixçi alim «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», «Böyük Ermənistan haqqında əfsanə» və s. sanballı kitabların müəllifi Sabir Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Millət vəkili Oqtay Əsədov, uzun müddət Naxçıvanda korpus komandirinin müavini, Milli Ordunun görkəmli sərkərdələrindən biri general Bəkir Orucov, kəndin ilk savadlı adamı, Alırza tayfasının tanınmış ağsaqqalı Alırza kişi, pedaqoq, jurnalist Bahadur Xanməmmədov və b. adlarını fəxrlə çəkmək olar.

Onu da qeyd edim ki, 1937-ci ildə Qafan rayonu ərazisində ilk orta məktəb də bu kənddə açılmışdır.

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsi Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə uğurla başa çatdı. İndi bütün Zəngəzura, eləcə də Qafana nəzarət Azərbaycan ordusunun əlindədir. İnanırıq ki, yaxın gələcəkdə tarixi torpaqlarımız olan Zəngəzurda qədim türk övladları olan azərbaycanlılar yaşayıb-yaradacaqlar.

İsa MUSAYEV

Oxşar xəbərlər