İrəvan quberniyasının Eçmiədzin qəzasında olan Orqov kəndi rayon mərkəzindən 10 km şimal-qərbdə, Qalasız çayının sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov kimi qeyd olunmuşdur. Toponim türk dilində "igid, qoçaq" mənasında işlənən ər (or) sözü ilə qıpçaqlara məxsus qov (kov) etnonimindən əmələ gəlib, "igid, qoçaq qov tayfasına məxsus kənd" mənasını ifadə edir. 1929-1930-cu illərdə azərbaycanlılar zorla deportasiya olunmuşdur.
İsa Musayev