Rayon mərkəzindən 10 km məsafədə yerləşən bu kənd 1972-ci ilə kimi Əştərək rayonunun, həmin tarixdən sonra isə Nairi rayonunun tərkibində olmuşdur. Toponim qədim türk dilində "hasarlanmış, çəpərlənmiş yer" mənasında işlənən tul sözü ilə Nəbi şəxs adı əsasında yaranıb. XX əsrin əvvəllərinə aid məlumata görə Tuli Nəbi kimi qeydə alınmışdır. 1948-1949-cu illərdə əhali Azərbaycana köçürülmüşdür. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə adı dəyişdirilərək Saralanc qoyulmuşdur.
İsa Musayev