Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kərkibaş kəndi XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının adından götürülmüşdür. Kənd rayon mərkəzindən 13 km məsafədə yerləşir. Toponim Qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Kənd Göyçə gölünün yaxınlığında yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə isə Vanevan qoyulmuşdur.
İsa Musayev