Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 10 nəfər, 1873-cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904- cü ildə 101 nəfər, 1914-cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ