1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmiş ermənilərdən bir neçə ailə burada yerləşdirilmiş, az sonra onlar kəndi tərk etmiş, 1918-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri olmuşdur. 1930-cu illərdə kənd bütünlüklə erməniləşdirilmişdir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Gərni nahiyəsinin Alpaq məzrəsi, həmin dəftərin 1728-ci il buraxılışında Gərni nahiyəsinin Alpevi kəndi kimi qeydə alınmışdır. Sovet dövründə kəndin adı Arpavar kimi yazılmışdır. 1873-cü ilin statistikasında Gərnibasarın düzənlik hissəsində, Gərni çayının sağında yerləşən kəndin mülkədar kəndi olduğu göstərilmişdir. 1945-ci il avqustun 20-də kəndin adı dəyişdirilərək Lusakert, 1967-ci il oktyabrın 21-də yenidən dəyişdirilərək Nşavan qoyulmuşdur.
İsa Musayev