22.11.2024, 00:52
AZ EN
20.09.2023, 17:05 222

Qərbi Azərbaycan, Çatqıran kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan xanlığı, Qırxbulaq mahalı, indiki Ellər (Abovyan) rayonunun Çatqıran (Ağadost) kəndi rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə müsəlmanların yaşadığı Çatqıran, Qafqazın 5 verstlik xəritəsində Cadqran, erməni mənbələrində Çatıqran kimi qeyd edilmişdir. 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Cadqıran kimidir. Həmin mənbədə kəndin adının həm də Ağadost olduğu göstərilir. Toponim türk dilində "dağ beli qayalı yuksəklik, yarğan mənasında işlənən çat sözü ilə "çəpər, hasar, düşərgə, alaçıq" mənasında işlənən kuren (quran/qıran/qran) sözünün birləşməsindən əmələ gəlmişdir. XIX əsrdə Şimali Qafqazda Çat - Başı, Ter əyalətinin Nalçik dairəsində Özəngi Çat - Başı, Çat Aman dağı, Qars əyalətində Çat - Köy və s. toponimlər məlumdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Razdan, 21 oktyabr 1967-ci il fərmanı ilə yenidən dəyişdirilərək Gexaşen qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər