10.08.2025, 14:48
AZ EN
29.05.2023, 14:45 289

Qərbi Azərbaycan, Gürcüeli kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunun Gürcüeli kəndi rayon mərkəzindən 17 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Gürcüel kimi qeyd edilmişdir. Qaşqay türk tayfasından olan Səfixan tayfasına mənsub tirənin (nəslin) birinin adı gürcülü olmuşdur. XIX əsrdə Qafqazda Ter əyalətinin Mozdok dairəsində Kurçi-Tubə dağ adı Azərbaycanda Oğuz rayonunda Gürcədağ, Qars vilayətinin Ərdahan dairəsində Qurcibək kəndi adı ilə mənaca eynidir. Azərbaycanda Səfəvilər sülaləsi dövründə qvardiya döyüşçüsü qurçi adlanırdı. Azərbaycanda Ağsu rayonunda Hacıman və Diliman kəndləri sərhəddində "Gürcübulağı", Qərbi Azərbaycanın Ellər kəndinin qərbində Gürcü arxacı bulağının adındakı "gürcü" sözü ilə eynidir. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş, ermənilər yerləşdirilmişdir.

İsa Musayev

Oxşar xəbərlər