Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə çar Rusiyası tərəfindən İrandan və Türkiyədən köçürülən ermənilər də məskunlaşdırılmışdır. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşdur.
Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinnin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vardenik qoyulmuşdur.
1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30-cu illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır.
XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə məruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ