Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Yarpızlı kəndi rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində də qeyd edilmişdir. Mənbələrdə Yarpuzlu kimi qeyd olunmuşdur. XlX əsrin ortalarında qışlaq kimi istifadə edilmişdir. Qışlaq sonralar Yarpızlı adlı yerin yaxınlığında olduğu üçün belə adlandırılmışdır. 1918-ci ilin sonu, 1919-cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, kənd yandırılmışdır. Kəndə xaricdən gətirilmiş ermənilər yerləşdirilmişdir. Yarpızlı kəndinin azərbaycanlı əhalisi 1988-ci ildə zorla deportasiya olunmuşdur.
İsa Musayev