21.11.2024, 20:19
AZ EN
18.04.2023, 19:05 390

Qərbi Azərbaycan, Avan kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında yerləşən Avan kəndi rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə bu haqda qeyd olunmuşdur. İlk dəfə VI əsrdə adı çəkilən bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbələrdə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə məxsus olduğu və orada ancaq türklərin yaşadığı qeyd olunur. XIX əsrdə Türkiyədə Avanos qəzası, XVIII əsrin ortalarında İrəvan əyalətinin Gərni nahiyəsində Avanik, Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi, Qarabağda Evan və s. yerlərdə eyniadlı kəndlər mövcud olmuşdur. Bəzi mənbələrdə ehtimal olunur ki, eramızdan əvvəl VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş Aban tayfasının adını əks etdirir. Toponim Urartu dilində "ölkə" mənasında işlənən ebani sözü əsasında əmələ gəlmişdir.

İsa Musayev

Oxşar xəbərlər