Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Karvansara (İcevan) rayonunun Sarigah kəndi orotoponimdir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik " mənasında işlənən sarı sözü ilə "qayalıqda, dağda təbii və ya süni oyuq, mağara" mənasında işlənən kah//kaha sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin ikinci komponenti gah sözü kah sözünün fonetik variantıdır. Bu hadisə Azərbaycan dili üçün xarakterikdir.
İsa MUSAYEV