Bunu nazirliyin Respublika Qan Bankının həkimi Günel Əliyeva bildirib.
O qeyd edib ki, aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunacaq:
"Bu il ilk dəfə azad edilən ərazilərdə - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində qanvermə aksiyası keçiriləcək. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi var”. (Report)