Bunu AzTU-da çıxışı zamanı Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.
O bildirib ki, son illərdə Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi və Qarabağ zəfərindən sonra onlar hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini hiss ediblər.
"Bizim dost ölkələrimiz arasında bəzən tərəddüdlər müşahidə etmişik. Amma cənab İlham Əliyev hər zaman Türkiyə ilə birlikdə Şimali Kiprə qətiyyətli dəstəyini göstərib. Biz bir millət, üç dövlətik", - deyə Ersin Tatar əlavə edib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlər bu birliyi daha da möhkəmləndirir:
“Bir daha Can Azərbaycana və xalqına təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin Fəxri Doktor diplomu təqdim edilib.
Tahirə AĞAMİRZƏ