"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan deyib. Onun sözlərinə görə, II Qareginin istefası həm də Ermənistan ictimaiyyətinin, xüsusilə də din xadimlərinin əksəriyyətini maraqlandıran əsas məsələlərdəndir: “Mənə məlumat verildi ki, bu gün müxtəlif yeparxiyaların rəhbərləri Ermənistanda toplanacaq. Bu, kilsənin gələcəyi üçün çox vacibdir. İndi din xadimləri Ktriç Nersisyanın Eçmiədzin kilsəsi ətrafında böhranı dərinləşdirmək üçün onlardan necə istifadə edəcəyi ilə bağlı sözlərinə qulaq asmamalı, Ktriç Nersisyanın qaçılmaz gedişindən sonra kilsənin necə işləyəcəyini, kimin katolikos olacağını və kilsədə islahat prosesinin necə davam edəcəyini müzakirə etməlidirlər”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan katalikos II Qaregini tutduğu vəzifədən çağırıb. O, özünün sosial şəbəkə səhifəsində bununla bağlı belə bir bəyanat yayıb: “Hörmətli keşişlər, əgər sizin də övladınız varsa, Ktiriç Nersisyanın (II Qaregin) da var. Bəs niyə o, kilsədə sizdən daha yüksək mövqe tutur? Halbuki o, xalqı və Allahı aldadır, siz isə yox. O, Kilsə ilə evlənəcəyinə and içib, amma Kilsəyə xəyanət edib. Onun yüksək mövqeyi də həmin pozduğu anda əsaslanır. Ktiriç Nersisyan da mənim qardaşımdır. Amma o katolikos deyil və getməlidir. Əgər getməzsə, onda biz onu birlikdə, qardaşcasına uzaqlaşdıracağıq, hörmətli evli keşişlər”.
Elxan SALAHOV