08.09.2024, 07:43
AZ EN
30.10.2023, 18:02 293

Vedibasar rayonu, Qaraxaç kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənddir.

Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir.

"İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı, ermənilər də yaşamışdır.

1873 - cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni,1886-cı ildə 498 nəfər azərbaycanlı, 288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdır.

1918-ci ildə azərbaycanlılar zorla və qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri dönə bilmişlər. Qaraxaçda ermənilərlə yanaşı, 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır.

1948-49-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər