19.07.2025, 11:28
AZ EN
22.07.2023, 18:20 292

Qərbi Azərbaycanın Dəlləkli kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Dəlləkli İrəvan quberniyasının İrəvan qəzasında, sonradan Ellər (Kotayk, Abovyan) rayonunda, rayon mərkəzindən 23 km məsafədə yerləşir.

Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.

Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı türk yaşamışdır.

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı türk yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra 1947-1953-cü illərdə azərbaycanlılar zorla çıxarılmışdır.

Hazırda ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər