22.11.2024, 09:31
AZ EN
18.05.2023, 15:31 237

Qərbi Azərbaycan, Şixovuz kəndi

QƏRBİ AZƏRBAYCAN

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda olan Şıxovuz kəndi rayon mərkəzindən 23 km məsafədə yerləşir. Kənd çox mənzərəli yerdə, meşəlikdə salınmışdır. Qafqazın 5 verstlik xəritəsində Şixauz formasında qeyd edilmişdir. Toponim türk mənşəlidir. Belə ki, şeyx sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz Türk tayfasının adını əks etdirən ovuz etnoniminin (oğuz etnoniminin dialekt forması) birləşməsindən əmələ gəlmişdir. Buradan aydın görünür ki, kənd qədim azərbaycanlı kəndi olub. Sonralar kənd tamamilə erməniləşdirilmişdir. Onlar Şıxovuz adını erməni dilinə uyğunlaşdıraraq Şikaxox adlandırmışlar.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR