10.05.2025, 14:47
AZ EN
01.09.2023, 18:04 349

Qərbi Azərbaycan, Samurlu kəndi

QƏRBİ AZƏRBAYCAN

Samurlu kəndi İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunun tərkibinə daxildir. Toponim qədim türk mənşəli samur etnoniminə - lu şəkilçisinin artırılması ilə düzəlib, mənası "samur tayfasına mənsub yer" deməkdir. Kəndin əhalisi 1890-cı ildə qovulmuş və buraya ermənilər köçürülmüşdür. Rayon mərkəzindən 35 km məsafədə yerləşən Samurlu kəndi 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Azərbaycan-Dağıstan sərhədində Samur çayının (çayın adı 1386-cı ildən məlumdur) adı ilə mənşəcə eynidir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Şarapat qoyulmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR