Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda olan Suvaranats kəndi rayon mərkəzindən 35 km məsafədə yerləşir. Bu kəndin adı Azərbaycan mənbələrində Suvarı kimi qeyd edilmişdir. Toponim ilk dəfə Ptolemey tərəfindən adı çəkilən suvar türk etnonimi əsasında yaradılmışdır. Toponimin sonundakı ants erməni dilində mənsubluq anlayışını ifadə edir və Azərbaycan dilində mənsubluq bildirən li şəkilçisinin vəzifəsini yerinə yetirir. Suvaranats sözünün mənası "suvar tayfasına mənsub olan yer" anlamını verir.
İsa Musayev