Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun Qaladərəsi (Halidzor, Qalidzor, Alidzor) kəndi rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində "möhkəmləndirilmiş yer, şəhər" mənasında işlənən qala sözü ilə Azərbaycan dilində "iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur" mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Sözün mənası "dərədə yerləşən qala yanında olan kənd" anlamındadır. Kəndin adı erməni dilinə kalka ədilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
İsa MUSAYEV