22.11.2024, 09:34
AZ EN
10.05.2023, 17:10 362

Gorus rayonunun Qurdqulaq kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Gorus rayonunun tərkibində olan Qurdqulaq kəndi rayon mərkəzindən 26 km cənub-şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, meşəlik ərazidə yerləşir. Güman olunur ki, 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar bu kəndi salmışlar. Toponim "qurd" türk etnonimi ilə türk dilində "dərə, çuxur, çökəklik" mənasında işlənən "kulak" sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s. sosial obyektləri var idi. Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmuşdur. 1988-ci ildə qurdqulaqlılar ermənilər tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd yerlərini tərk etməli olmuşlar.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR